Türkiyə qəzanı araşdırmaq üçün Azərbaycana 8 nəfərdən ibarət heyət göndərir
28 Dekabr 2024
15:49 - 27 Dekabr 2024
Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubu ilə müqavilə imzalayan məşqçi Fatih Terim Səudiyyə Ərəbistanına uçmazdan əvvəl İstanbul hava limanında mətbuata açıqlamalar verib.
Manset.az -ın məlumatına görə, jurnalistlərlə söhbəti zamanı “bir az geri çəkilin” dedikdə, Terim yumorla cavab verdi: “Geri çəkilməliyəmmi? Həyatımda heç vaxt geri çəkilməyəcəyəm”.
“Bu, dünyanın diqqətini çəkən bir liqadır. Məşhur futbolçular və məşqçilər. 2034-cü ildə dünya çempionatının sahibi olacaq ölkəyə gedirik. Özüm də hər şey ilə çox maraqlanıram”, - məşqçi bildirib.
“Müzakirəmiz zamanı çoxlu müxtəlif suallar oldu. Sonda daha yaxşı bir həllə gəldik. Mövsümün sonunda qane olsaq, əməkdaşlığı davam etdirəcəyik, olmasa, başqa variantları düşünəcəyik. Hazırda bütün diqqətim liqa, kubok və komandaya yönəlib”, - Terim əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin