"Rusiya Azərbaycana təzminat ödəməlidir" - Babək Həmidov

14:45 - 27 Dekabr 2024

Rusiya tərəfindən vurulan Azərbaycana məxsus mülki təyyarədə ölənlərə nə qədər təzminat ödənilməlidir?
 

Bu barədə Manset.az-a açıqlama verən vəkil Babək Həmidov qeyd edib ki, beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən mülki avia reyslərdə qəza nəticəsində ölənlərə ödənilməsi üçün hər hansı ölkənin valyutasından deyil, xüsusi beynəlxalq valyutadan istifadə edilir: 

 

"Special Drawing right(xüsusi borcalma hüququ) - SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilmişdir.

Beynəlxalq Mülki Aviasiya qaydalarına görə qəza nəticəsində ölən hər sərnişinə görə təqsirkar tərəfindən 250000(iki yüz əlli min) SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi bankının hadisə gününə olan məzənnəsinə görə 1 SDR - 2.2170 azn olmaqla, kompensasiya məbləği 554250(beş yüz əlli dörd min iki yüz əlli) Azərbaycan manatıdır.

Hadisə baş verdiyi ərazi(Rusiya federasiyası) üzrə kompensasiya isə 32623433 Rusiya rubl(250000 SDR), yəni 326662 ABŞ dolları edir.

Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq qəzada ölən şəxslərin ailə üzvlərinə və dəymiş madfi zərərə görə AZAL-a ödənilməlidir".


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin