Prezident 2 Fondun büdcəsini təsdiqlədi

13:54 - 27 Dekabr 2024

Prezident 2 Fondun büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsini təsdiqləyib.

 

Manset.az xəbər verir ki, Fondun gələn il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.

Prezidentin sərəncamı ilə İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi də təsdiqlənib.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin