Çaypulu qane etmədi, müştərini bıçaqladı - VİDEO

11:53 - 27 Dekabr 2024

Çaypulu qane etmədi, müştərini bıçaqladı - VİDEO

ABŞ-da pizza sifarişini çatdıran qız kifayət qədər çaypulu vermədiyi üçün müştərini yaralayıb.

 

Manset.az -ın məlumatına görə, bu barədə The Independent xəbər verir.

Hadisə dekabrın 22-də Florida ştatının Kissimmi şəhərində baş verib. Riviera Motelində qalan şəxs otağına 22 yaşlı Brianna Alvelo tərəfindən çatdırılan pizza sifariş edib. Kişi ona məbləği bilinməyən çaypulu verib və qadını bu məbləğ qane etməyib. O, əsəbiləşib və müştəriyə bir neçə bıçaq zərbəsi vurub. Hadisə yerinə gələn polislər zərərçəkmişin çoxsaylı xəsarətlər aldığını aşkar edib. Zərərçəkmiş xəstəxanaya aparılıb. Hazırda zərərçəkənin vəziyyəti stabildir.

Şübhəli ertəsi gün saxlanılıb. Alvelo etiraf edib ki, o, odlu silah gəzdirən başqa bir şəxslə hadisə yerinə qayıdıb. Birlikdə otağa giriblər və bəyəndikləri əşyaları oğurlayıblar. Qız artıq odlu silahla evə basqın və ağır hücumda ittiham olunub. Alvelo həbsxanaya aparılıb və o, hazırda məhkəməni gözləyir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Kwesi (@thatkcguy__)


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin