Türkiyə qəzanı araşdırmaq üçün Azərbaycana 8 nəfərdən ibarət heyət göndərir
28 Dekabr 2024
11:16 - 27 Dekabr 2024
Dənizlinin Tavas rayonunda yanğın nəticəsində dağılan üzüm bağı evinin dağıntıları altından tamamilə yanmış qadın cəsədi çıxarılıb. Polis şübhəli yanğınla bağlı araşdırma başladıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Kənd məhəlləsinin mərkəzindən təxminən 1 kilometr aralıda, Avşar məhəlləsində yerləşən İ.A.-ya məxsus üzüm bağında naməlum səbəbdən yanğın baş verib.
Üzüm bağını əhatə edən alovu görən məhəllə sakinləri vəziyyəti 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Yanğın xəbəri üzərinə bölgəyə polis, xilasetmə və sağlamlıq qrupları sövq edildi. Yanğınsöndürənlərin gərgin səyi nəticəsində alov nəzarət altına alınıb.
Yanan üzüm bağ evinə baxış keçirilən zaman birmərtəbəli binanın dağıntıları arasında qadının cansız cəsədini aşkar edilib.
Araşdırmalar nəticəsində tamamilə yanmış cəsədin 55 yaşlı Ayşe Uçar adlı qadına məxsus olduğu müəyyən edilib.
Yanğınla bağlı araşdırmaların davam etdirildiyi bildirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin