Təyyarə qəzasında yaralananların SON DURUMU

10:50 - 27 Dekabr 2024

Təyyarə qəzasında yaralananların SON DURUMU

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan sərnişinlər ötən gün Bakıya gətirilib. Yaralılar “Yeni Klinika”ya yerləşdiriliblər.

 

Manset.az xəbər verir ki, “Yeni Klinika”nın mətbuat katibi Nuridə Allahyarova bildirib ki, tibb müəssisəsinə ümumilikdə 14 nəfər daxil olub:

“Onlardan biri müalicəsini reanimasiya şəraitində davam etdirir. Vəziyyəti stabil-ağır olaraq dəyərləndirilir. Digər 13 nəfərin vəziyyəti orta ağır və kafi olaraq dəyərləndirilir”.

Bildirilib ki, digər 13 nəfər müalicələrini stasionar yəni palata şəraitində davam etdirir.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin