Hüseyn Həsənova yüksək vəzifə verildi

10:18 - 27 Dekabr 2024

Hüseyn Həsənova yüksək vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu, Hüseyn Həsənovdur.

O, şirkətin rəhbərliyində Mübariz Şirinovu əvəz edib.

Xatırladaq ki, "Tullantıları İdarəetmə Mərkəzi" 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə "Təhlükəli Tullantılar" adı ilə Sumqayıtda yaradılıb, 2024-cü ildə adını indikinə dəyişib. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət hazırda Abşeron rayonunun Pirəkəşkül kəndində fəaliyyət göstərir.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin