ÜST-ün rəhbəri Yəməndən hava limanına hücuma görə çıxa bilmədi

23:00 - 26 Dekabr 2024

ÜST-ün rəhbəri Yəməndən hava limanına hücuma görə çıxa bilmədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib-bilməyəcəyindən xəbərsizdir.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, daha ətraflı məlumat olanda xəbər veriləcək.

Gebreyesus daha əvvəl "X" hesabında yazıb ki, BMT nümayəndə heyətinin uçması üçün hava limanına dəyən ziyanın aradan qaldırılmasına qədər gözləmək lazımdır.

O həmçinin deyib ki, hava hücumu Yəmənin Səna hava limanında BMT nümayəndə heyəti ilə birlikdə olduğu təyyarədən bir neçə metr aralıda yerləşən binaya ziyan vurub. Nəticədə ekipajın bir üzvü xəsarət alıb.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin