Avstriyada yerləşən Azərbaycan Evində xatirə guşəsi yaradılıb

22:47 - 26 Dekabr 2024

Avstriyada yerləşən Azərbaycan Evində xatirə guşəsi yaradılıb

“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı istiqamətində J2-8243 nömrəli reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Evində xatirə guşəsi yaradılıb.

 

Manset.az xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyəti və Zalsburq Azərbaycan Evi adından yayılan mətbuat açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verilib, qəzada xəsarət alanlara isə tezliklə şəfa arzulanıb: “Bütün dualarımız bu faciəli hadisədən zərər çəkmiş qardaş və bacılarımızladır. Bu kədərli zamanda bütün zərərçəkmiş insanların yaxınlarına səbir və başsağlığı diləyirik”.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin