Parlament Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddini TƏSDİQLƏDİ
27 Dekabr 2024
21:17 - 26 Dekabr 2024
Təyyarə qəzasında yaralanan vətəndaşlarımızın Aktau şəhərindən təxliyəsinə başlanılıb.
Manset.az xəbər verir ki, bu barədə Trend-ə bu gün "Yeni Klinika"da olarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, yaralıların artıq "Yeni Klinika"da qəbulu həyata keçirilir.
“Bir qism yaralılar artıq klinikaya qəbul olunub. Yaralıların vəziyyəti dəyərləndirilir. Onların əlavə müayinələrə ehtiyacları təmin olunub. Onlar artıq stasionar müalicə üçün şöbələrə qaldırılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün müayinələr və müalicələr hazırda tibb müəsissəmizdə həyata keçirilir. Məqsədimiz qəzada xəsarət alanların tezliklə sağlamlığına qovuşmasıdır”, - sədr qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin