"TikToker" İlhamə Elşadqızı ağır ittihamla həbs edildi
27 Dekabr 2024
20:09 - 26 Dekabr 2024
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycanın İslamabaddakı səfirliyini ziyarət edib.
Manset.az xəbər verir ki, Pakistanın Baş naziri AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.
Məhəmməd Şahbaz Şərif səfirlikdə açılmış xatirə kitabında ürək sözlərini yazıb. Pakistan ilə Azərbaycanın hər zaman həmrəylik nümayiş etdirdiyini vurğulayan Baş nazir, Pakistanın Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin