"Rusiya və Azərbaycana qəza ilə bağlı araşdırma aparmağa icazə veriləcək"- Bozumbayev

20:04 - 26 Dekabr 2024

"Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma aparmağa icazə veriləcək".

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev deyib.

"Rusiya Federasiyasının və Azərbaycanın hüquq-mühafizə orqanlarının cinayət təhqiqatında iştirakına icazə verilməyəcək, lakin qəzanın araşdırılmasına icazə veriləcək", - o qeyd edib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin