"Təyyarə qəzasının səbəblərini hərtərəfli araşdırmağa çağırırıq" NATO

15:04 - 26 Dekabr 2024

NATO AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallaha "X" hesabında paylaşım edib.

"Düşüncələrimiz və dualarımız "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı aviareysinin qurbanları və ailələri ilə birlikdədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və məsələni hərtərəfli araşdırmağa çağırırıq",- məlmatda qeyd edilib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin