Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
13:03 - 26 Dekabr 2024
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.
Manset.az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Qeyd edək ki, respublikamızın şəhər və rayonlarında, idarə və təşkilatlarda, xarici ölkələrdə və məscidlərdə qəza nəticəsində həlak olanların xatirəsi anılır.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin