Qazaxıstanın XİN rəhbəri Bayramova zəng edib

11:43 - 26 Dekabr 2024

Qazaxıstanın XİN rəhbəri Bayramova zəng edib

Dekabrın 25-də Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

 

XİN-dən Manset.az-a verilən məlumata görə, nazir Murat Nurtleu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib.  

“Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində iqtintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib.

C.Bayramov qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib”, - deyə məlumatda qeyd olunub.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin