İsrail vətəndaşları və jurnalistləri hədəf aldı

11:14 - 26 Dekabr 2024

İsrail vətəndaşları və jurnalistləri hədəf aldı

İsrailin Qəzzaya son hücumlarında aralarında uşaqların da olduğu ən azı 5 mülki vətəndaş və 5 jurnalistin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.

 

Manset.az xarici mediyaya istinadən xəbər verir ki, Beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq Fələstində qətliamlarını davam etdirən İsrail ordusu Qəzzada dinc əhali və jurnalistləri növbəti dəfə hədəfə alıb. Fələstin Mülki Müdafiə Təşkilatından verilən açıqlamada, Zeytun məhəlləsində bir evə edilən hücumda aralarında uşaqların da olduğu ən azı 5 nəfərin həyatını itirdiyi bildirilib. Əl-Avda xəstəxanası yaxınlığında baş verənləri izləyən 5 jurnalistin yayım avadanlıqlarının İsrailin hava hücumuna məruz qalması nəticəsində həyatını itirdiyi bildirilib. Hər iki hücumda çox sayda insanın yaralandığı açıqlanıb.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin