Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
11:05 - 26 Dekabr 2024
Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər, bu da nikbinlik və gələcəyə inam bəxş edir.
Manset.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.
Onun sözlərinə görə, dost dar gündə tanınar, buna görə də Qazaxıstan və Azərbaycan həm sevinci, həm də kədəri birlikdə bölüşür:
"Prezidentlər Kasım-Jomart Tokayevin və İlham Əliyevin tapşırığına əsasən, hər iki ölkənin aidiyyəti qurumları avia qəzasının səbəblərinin araşdırılması və ilkin yardımın göstərilməsi üçün birgə lazımi tədbirlər görür".
Səfir vurğulayıb ki, qardaş ölkələr yüksək həmrəylik və qarşılıqlı yardım nümunəsini sərgiləyirlər:
"Dövlət strukturları prosesləri ahəng şəkildə koordinasiya edir, xilasedicilər, tibb və nəqliyyat işçiləri operativ şəkildə öz işini görüblər, bir çox biganə qalmayan Qazaxıstan vətəndaşları qan veriblər və Azərbaycanın Aktauda və Astanada yerləşən xarici nümayəndəliklərinin qarşısında gül dəstələri qoyublar. Faciə göstərdi ki, Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər, bu da nikbinlik və gələcəyə inam bəxş edir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin