Oğul 58 yaşlı atasını çubuqla döyərək öldürdü - FOTO

10:53 - 26 Dekabr 2024

Oğul 58 yaşlı atasını çubuqla döyərək öldürdü - FOTO

Türkiyənin Uşak bölgəsində oğlu tərəfindən çubuqla döyülən 58 yaşlı ata aparıldığı xəstəxanada dünyasını dəyişib. Oğlu Remzi Dəniz polis qrupları tərəfindən nəzarətə alındı. 

 

Manset.az xarici mediyaya istinadən xəbər verir ki, məlumata görə, Aybəy rayonu, İki Yürək küçəsində yerləşən birmərtəbəli evlərinin qarşısında oğlu Remzi Dəniz ilə ata Engin Dəniz arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə davaya çevrildikdən sonra oğlu Remzi Dəniz atasını dəyənəklə döyüb.

Ətrafdakı vətəndaşların xəbəri üzərinə bölgəyə 112 sağlamlıq və polis qrupları sövq edildi. 112 sağlamlıq qruplarının hadisə yerinə ilk müdaxiləsindən sonra Engin Dəniz Uşak Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq, Engin Dənizi xilas etmək mümkün olmayıb və həyatını itirib.

Digər tərəfdən polis qrupları hadisə ilə əlaqədar araşdırma başlatarkən, oğlu Remzi Dənizin nəzarətə alındığı öyrənildi.

Uşak'ta dehşet evi! Engin Deniz'i oğlu sopa ile öldürdü - 1. Resim

Uşak'ta dehşet evi! Engin Deniz'i oğlu sopa ile öldürdü - 2. Resim

Uşak'ta dehşet evi! Engin Deniz'i oğlu sopa ile öldürdü - 3. Resim


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin