“Həmin gün dronlara görə...” - Rusiya tərəfi açıqladı
27 Dekabr 2024
10:51 - 26 Dekabr 2024
Pakistan matəm günündə qardaş Azərbaycanla həmrəydir.
Manset.az xəbər verir ki, bu barədə Pakistan səfiri Qasım Mohiuddin "X"də yazıb.
"Qurbanların ailələrinin və bu faciədən zərər çəkənlərin hamısının kədərinə şərikik. Bu çətin zamanda dualarımız və düşüncələrimiz Azərbaycanladır", - diplomat qeyd edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin