Çin doğuma nəzarət kampaniyasına başladı

10:45 - 26 Dekabr 2024

Çin doğuma nəzarət kampaniyasına başladı

Çin doğuma nəzarət kampaniyasını genişləndirib.  Subaylar müxtəlif yollarla evləndirməyə, ailələr isə birdən çox uşaq sahibi olmağa çalışırlar.

 

Manset.az -ın məlumatına görə, Financial Times yazır ki, stimullaşdırıcı tədbirlər həm yerli, həm də milli səviyyədə həyata keçirilir.

Yerli hakimiyyət orqanları evli qadınlara zəng edərək uşaq sahibi olmaq planlarını soruşurlar. Artıq bir və ya daha çox uşağı olan ailələrə yeni doğulmuş uşaq üçün xüsusi müavinət verilir.

Bundan əlavə, jurnalistlər qeyd ediblər ki, universitetlərdə subay tələbələr üçün “evlilik və sevgi kursları”nın tətbiqi tələb olunub.

Xatırladaq ki, dekabrın əvvəlində The Wall Street Journal Çinin 2035-ci ilə qədər demoqrafik böhranla üzləşə biləcəyini yazmışdı.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin