Şri-Lanka prezidenti BRİKS-ə üzv olmaq arzusundadır

10:15 - 26 Dekabr 2024

Şri-Lanka prezidenti BRİKS-ə üzv olmaq arzusundadır

Şri-Lankanın Prezidenti Anura Kumara Dissanayake Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubda BRİKS-ə qoşulmaqda maraqlı olduğunu bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın Moskvadakı səfiri Pakir Amza məlumat verib.

“Şri-Lanka Prezidenti Anura Dissanayake Prezident Vladimir Putinə məktubunda BRİKS ailəsinə qoşulmaqda maraqlı olduğunu bildirib", - o qeyd edib.

Dövlət nümayəndələri BRİKS-in üzvü olan digər ölkələrə də müraciət edib, təşkilata tərəfdaş ölkə kimi qoşulmaq sitədiyini bildiriblər, səfir vurğulayıb. Diplomatik nümayəndəliyin rəhbəri aydınlıq gətirib ki, Şri-Lanka prezidenti bu ilin oktyabrında rusiyalı həmkarına məktub göndərib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin