"Azərbaycandan və Rusiyadan olan həmkarlarımıza hər cür dəstək verilir"- Qazaxıstan FHN rəhbəri

21:58 - 25 Dekabr 2024

“Baş vermiş təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasına Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin və Səhiyyə Nazirliyinin çoxsaylı briqadaları cəlb edilib”.

 

Manset.az xəbər verir ki, bunu Qazaxıstanın fövqəladə hallar naziri Çingis Arinov deyib.

Onun sözlərinə görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasedici qruplarının qarşısında təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasına dair kifayət qədər qətiyyətli tapşırıq qoyulub: “Hazırda bu sahədə müvafiq işlər davam etdirilir. Eyni zamanda qəzanın səbəblərini araşdıran istintaq əməliyyat qrupunun üzvlərinə, habelə Azərbaycandan və Rusiyadan olan həmkarlarımıza hər cür dəstək verilir. Fəaliyyətimiz hərtərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək”.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin