Qazaxıstanın komissiya heyəti qəza olan yerdə işə başladı

17:34 - 25 Dekabr 2024

Qazaxıstanın komissiya heyəti qəza olan yerdə işə başladı

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin başçılıq etdiyi hökumət komissiyası Aktauya gəlib və qəza yerinə yola düşür.

 

Manset.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, K.Bozumbayev daha sonra xəstəxanada yaralılara baş çəkəcək, xarici həmkarlarla görüşəcək, eləcə də qərargahın iclasını keçirəcək.

Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin bütün xidmətləri, kriminalist ekspertlər və prokurorluq orqanları fövqəladə vəziyyət rejimində işləyir.

Komissiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə yaradılıb.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin