"Pilotlar təyyarəni Qroznıda endirməyə üç dəfə cəhd ediblər"- Sağ qalan sərnişin
26 Dekabr 2024
15:24 - 25 Dekabr 2024
Rusiyanın xarici işlər Naziri Sergey Lavrov “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində deyib ki, Moskva Ukrayna ilə müvəqqəti barışığa razı olmayacaq.
Manset.az -ın məlumatına görə bu barədə xarici mediaya xəbər verir.
“Hazırda eşitdiyimiz, Qərbdə və Ukraynada aparılan danışıqlara gəlincə, mövzu yalnız müvəqqəti barışıqdan gedir.”, - o qeyd edib.
Lavrov əlavə edib ki, o, Kiyev rejiminin Qərbin köməyi ilə yenidən güc toplamasına və Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədilə onların göstərişlərini yerinə yetirmək üçün yeni cəhdlər etməsinə imkan verə bilməz.
“Biz müvəqqəti barışığa razı olmayacağıq. Bizə münaqişənin əsas səbəblərini aradan qaldırmağa yönəlmiş etibarlı hüquqi qüvvəyə malik sazişlər lazımdır. Biz Ukrayna böhranı da daxil olmaqla, Avropadakı problemlərin yekun, hüquqi cəhətdən təsbit olunmuş, uzunmüddətli həlli üzərində işləməliyik””, - deyə Nazir vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin