Cənazələr və xəsarət alanlar Bakıya nə vaxt gətiriləcək?- RƏSMİ
25 Dekabr 2024
12:36 - 25 Dekabr 2024
Baş vermiş təyyarə qəzasını araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər.
Manset.az xəbər verir ki, baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə dövlət başçısının tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya düşüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin