Cənazələr və xəsarət alanlar Bakıya nə vaxt gətiriləcək?- RƏSMİ
25 Dekabr 2024
12:36 - 25 Dekabr 2024
Ötən gün Tovuz Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin kütləvi zəhərlənməsi baş verib. Məlumata görə, təhsil mərkəzinin 8 tələbəsi tənəffüs zamanı yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb və yeyiblər. Bir neçə dəqiqədən sonra isə artıq tələbələrin halı pisləşməyə başlayıb. Elə burdan bir sual yaranır ki, tortun köhnə olmasımı yoxsa tərkibinə qatılan maddələrdənmi zəhərlənmə halları baş verib? Ümumən bölgələrdə zəhərlənmə hallarının artmasının səbəbi nədir?
Manset.az zəhərlənmələrin artmasının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalar aparıb. Bildiyimiz qədər şəhərdən çox bölgələrdə hər şey təbii olmalıdır. Ancaq zəhərlənmələrin çoxalması bunun əksini deyir. Qida Eksperti Ağa Salamov bildirir ki, bölgələrdə zəhərlənmələrlə bağlı maarifləndirmə işləri aparılmalıdı. Çünki regionda olan ictimai iaşe müəssisələri bəzən görürük ki, doğru bildikləri yanlışlar nəticəsində istehlakçıları zəhərləyə bilirlər:
“ Təbii ki, riskli məhsullar var. Ət, toyuq, balıqdı, başda toyuq dönərini misal çəkmək olar. Məsələn sahibkarların məsuliyyətsizliyi nəticəsində istehlakçıların zəhərlənməsinə səbəb olur. Sahibkar özü maraqlı olamlıdır ki, məhsullar düzgün şərtlər altında saxlanmalıdır. Birinci sahibkarın özü maraqlı maariflənməlidir. Təbii orqanik məhsullar bölgələrdə olur. Biz burda çox vaxtı görürük ki, zəhərlənmələrə səbəb şampinyon göbələyinin tanıyanda, tanımayanda yığır. Tanıyan gətirib istifadə edə bilir, amma tanımayan bəzi zəhərli göbələklə səhv salır. Bununla da zəhərləmələr baş verir” .
Qida eksperti Ağa Salamov hesab edir ki, zəhərlənmələrə çox vaxt köhnə tortların satışa çıxarılmasıda səbəb ola bilər.
“ Bəzən görürük ki, köhnə tortlar qalır. Tortun tərkibində qaymaq varsa və ya ağartı varsa yəni o artıq kərə yağından hazırlanır. Bunlarında təbii ki, saxlama müddəti 48 saatdan 72 saata kimidir. O da ki, soyuducunun gün ərzində nə qədər açılıb bağlanmasından asılıdır. Yəni soyuducu tez-tez açılırsa onda da hava içinin temperaturu dəyişir. Yəni bu cür kremli tortların saxlama müddəti 48 saatdan-72 saata kimidir. Amma bəzən görürsünüz ki, həftələrlə qalır, satılmır. Bununla da içində kiflənmələr gedir. Bu da toksin zəhərlənməsinə gətirib çıxarır. Yəni saxlanma şəraiti düzgün olmalıdır və düzgün şərtlər altında bu cür riskli məhsullar mühafizə olunmalıdır. Hansı ki, süd və ağartı məhsulu var içində. Onlarında saxlanması nəzərə alınmalıdır”.
Ağa Salamov qeyd edir ki, AQTA mütəmadi reydlər keçirir, ancaq bunu ayda bir neçə dəfə təkrar etsələr sahibkarlar da öz məsuliyyətini anlayacaqlar.
“ AQTA COP29-da mütəmadi olaraq reydlər keçirirdi. Amma düşünürəm ki, təkcə COP29 dönəmində deyil, yəni hansısa beynəlxalq tədbirlər keçiriləndə deyil mütəmadi olaraq bu reydlər aparılmalıdır. Ən azından bir müəssisəyə ayda 2 dəfə ziyarət olunmalıdır. Çünki mütəmadi olaraq xəbərdarlıqlar olunsa və bu xəbərdarlıqlara sahibkarlar əməl etməsələr inzibati cəzaya məruz qalacaqlar. O cəzayla üz-üzə qaldığında üçün öz səhvləri düzəldəcək. Düzəltmək məcburiyyətində də qalacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin