Cənazələr və xəsarət alanlar Bakıya nə vaxt gətiriləcək?- RƏSMİ
25 Dekabr 2024
11:39 - 25 Dekabr 2024
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Çeçenistan paytaxtının hava limanının Mətbuat Xidməti hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakıdan Qroznıya uçan təyyarə bu şəhərdəki duman səbəbindən əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönəldilib.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi də Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı açıqlama verib. Nazirliyin ilkin məlumatlarına əsasən, hadisədə sağ qalanlar var.
Bildirilir ki, təyyarənin qəzaya uğradığı əraziyə Qazaxıstan FHN-in 52 nəfərdən ibarət canlı qüvvəsi və 11 ədəd texnikası cəlb edilib. Hadisə yerinə çatdıqda təyyarədə yanğın aşkar edilib.
"Xilasedicilər dərhal yanğının söndürülməsinə başlayıblar. Hazırda xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir, ilkin məlumatlara görə, sağ qalanların olduğu bildirilir", - deyə məlumatda qeyd olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin