Yasamalda çoxmərtəbəli binada YANĞIN - VİDEO
25 Dekabr 2024
18:01 - 24 Dekabr 2024
Prezident İlham Əliyev Azərbaycan Kunq-fu Federasiyasının baş məşqçisi, idman eksperti Anar Süleymanova mənzil verib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məşqçinin özü bildirib.
“İdman sahəsində göstərdiyim xidmətlərə görə, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mənzillə təltif olundum. Bu böyük uğura çatmağımda əvəzsiz dəstək göstərən və təşəbbüskar olan gənclər və idman naziri Fərid Qayıbova, nazir müavini Mariana Vasilevaya, İdman şöbəsinin müdiri Elnur Məmmədova, Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadova və Kung Fu Federasiyasının prezidenti Nurlan Aslanova dərin təşəkkürlərimi bildirirəm.
Bu böyük təltif mənə daha da böyük məsuliyyət hissi yaşatdı. Gələcəkdə idman sahəsində müxtəlif istiqamətlərdə fəaliyyətimi davam etdirərək, ölkəmizin idman uğurlarına öz töhfəmi verməyə səy göstərəcəyəm. Bir daha hər kəsə təşəkkür edir, uğurlar arzulayıram”- Anar Süleymanov qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin