Prezident bu idmançılara ev verdi - FOTOLAR
25 Dekabr 2024
17:19 - 24 Dekabr 2024
Antalyada parklamanın düzgün aparılmaması səbəbindən yarandığı deyilən mübahisəni tərk etməyən tərəflərə polis bibər qazından istifadə edərək müdaxilə etsə də, onları sakitləşdirmək asan olmayıb. Həmin anlar sosial mediada minlərlə qarşılıqlı reaksiya aldı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Antalyada yerləşən Uncalı bazarının yaxınlığında vətəndaşlarla bazar esnafları arasında avtoparkın nasazlığına görə mübahisə düşüb. Qısa müddətdə böyüyən müzakirəyə ətrafdakı biznesmen və vətəndaşların da qarışması ilə vəziyyət gərginləşib. Tərəflər arasında şifahi mübahisə zamanla əlbəyaxa davaya çevrilib. Hadisə yerinə gələn polis qrupları tərəfləri sakitləşdirmək və kütləni dağıtmaq üçün bibər qazı ilə müdaxilə edib. Lakin bütün cəhdlərə baxmayaraq, tərəflər bir-birindən ayrılmayıb və dava bir müddət davam edib.
Baş verənləri vətəndaş mobil telefonu ilə saniyə-saniyə lentə alıb. Həmin anlar sosial mediada minlərlə qarşılıqlı reaksiya aldı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin