"Müharibələr 2025-ci ildə bitəcək"

16:36 - 24 Dekabr 2024

Macarıstanın Baş naziri Viktor Orban Rusiyanın Ukraynada başladığı müharibənin 2025-ci ildə bitəcəyini bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri macar siyasətçi Magyar Nemzet-ə müsahibəsində bildirib.

"Müharibə 2025-ci ildə bitəcək. O, ya sülh danışıqları, ya da tərəflərdən birinin məhvi ilə başa çatacaq", - Orban deyib.

Onun sözlərinə görə, gələn il təkcə Ukrayna üçün deyil, bütövlükdə dünya üçün “dönüş nöqtəsi” olacaq. 2025-ci il sülhü bərpa edə və iqtisadi artımı qaytara biləcək.

Macarıstan siyasətçisi diqqəti müharibənin dəhşətli nəticələrinə yönəldib: Ukraynanın infrastrukturunun dağıdılması, demoqrafik itkilər və milyonlarla ukraynalının mühacirəti. 


Xəbər xətti

25 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin