Prezident bu idmançılara ev verdi - FOTOLAR
25 Dekabr 2024
16:08 - 24 Dekabr 2024
“Müasir texnologiyaların sürətli inkişafı insanlar üçün əl çatanlıqla yanaşı bir sıra ciddi problemlər yaradır”.
Bu sözləri Manset.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı media savadlılığı haqqında danışarkən bildirib.
O, qeyd edib ki, bu kimi problemlərdən biri də çox sayda informasiyanın yayılması və onun real mənbəyini dəqiqləşdirmək imkanının məhdud olmasıdır. Əlbəttə ki belə bir şəraitdə də ortaya media savadlılığı çıxır.
“İnsanlar indi ötən dövrlə müqayisədə hər hansı bir informasiyanı qəbul edərkən daha diqqətli olmalı, onu təhlil etməli, mümkün qədər bir neçə mənbədən dəqiqləşdirmək yolu ilə doğruluğuna əmin olmalıdır. Bu təkcə jurnalistlərə aid məsələ deyil. Həm də oxuculara aid məsələdir. Çünki əgər jurnalistlər xəbər hazırlayırsa, oxucularda onu oxumaqla dəyər qazandırır. Bu mənada media savadlılığı yayılan xəbəri daha diqqətli təhlil edərək qəbul etmək anlamına gəlir. Yəni hər bir jurnalist ona daxil olan informasiyanı jurnalistikanın ana prinsiplərinə uyğun olaraq bir neçə mənbədən dəqiqləşdirməli, informasiyanın ilkin mənbəyini, etibar olunacaq bir qaynağın olub-olmadığını müəyyən etməldir. Bu çox vacibdir. Çünki dünyada artıq informasiya təhlükəsizliyi son dərəcə vacib bir anlayışa çevrilib. Yəni bu gün dünyanın müxtəlif güc mərkəzləri, dövlətləri bir-birilərinə qarşı iqtisadi-siyasi hücumlarla yanaşı, həm də informasiya hücumları təşkil edirlər”.
Fərid Şahbazlı hesab edir ki, biz belə bir şəraiti 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə müxtəlif güc mərkəzlərinin ölkəmizə qarşı təşkil etdiyi hücumları adi formada görmüşük.
“ Mən hesab edirəm ki , informasiyanın təhlükəsizliyinə biz xüsusilə diqqət ayırmalıyıq. Yəni biz jurnalistlər sosial şəbəkə üzərində yayılan hər hansı bir xəbəri mütləq araşdıraraq onu geniş kütlələrə mütləq çatdırmalıyıq. Eyni zamanda oxucularda özləri üçün etibarlı informasiya mənbəyi müəyyən etməlidir. Yəni bu gün biz sosial şəbəkələr üzərindən, ayrı-ayrı media qurumları üzərindən saxta başlıqlarla çoxsayda xəbərlərin yayılmasının şahidi oluruq. Oxucu da artıq özü bir neçə dəfə belə hala rast gəlirsə onu ziyarət etməkdən çəkinməlidir. Bu son dərəcədə vacibdir ki, dünyada kibercinayətkarlıq sürətlə inkişaf edir. Media savadlılığının aşağı olması səbəbindən insanlar bu kibercinayətkarlıq yolu ilə gələn müxtəlif dələduzluq olaylarının qurbanına çevrilir. Süni intellektin inkişafında həm müsbət, həm də mənfi tərəfləri var. Çünki süni intellekt vasitəsilə istənilən bir faktı tamamilə təhrif edərək cəmiyyətə müxtəlif formada təqdim etmək mümkündür. Bütün bunlar hamısı həm jurnalistlərdən, həm də oxuculardan, hədəf kütləsindən, media ilə bağlı diqqətli olmaq, xəbərləri təhlil edərək qəbul etmək öhdəliyini bizim qarşımıza qoyur. Şübhəsiz ki, bu istiqamətdə maarifləndirmək işi həm dövlət qurumları tərəfindən, həm də ictimai təşkilatlar tərəfindən mütəmadi olaraq aparılmalıdır. Dünyada süni intellektin yaranması ilə hazırlanmış xəbəri jurnalist əməyi ilə hazırlanan xəbərdən ayırmaq məsələsi xüsusən gündəmə gəlir. Ona görə də hesab edirəm ki, müxtəlif maarifləndirici tədbirlər, kurslar təşkilinə ehtiyac var”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin