Prezident bu idmançılara ev verdi - FOTOLAR
25 Dekabr 2024
14:50 - 24 Dekabr 2024
Panamada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Panama kanalına nəzarəti bərpa etmək istəyi ilə bağlı sözlərindən sonra etiraz nümayişi keçirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı onun portreti və ABŞ bayrağı yandırılıb.
Nümayiş əvvəlcə həmkarlar ittifaqlarının Panama hökumətinin sosial siyasəti ilə razılaşmaması ilə əlaqədar keçirilməli idi. Lakin təşkilatçılar Trampın Panama kanalını geri almaq niyyəti ilə bağlı sözlərinə etiraz etmək fürsətini qaçırmayıblar.
Etirazçılar Panama hökumətindən qəti cavab tələb ediblər.
Bundan əvvəl dekabrın 22-də Tramp bildirib ki, Panama kanalı yenidən ABŞ-nin mülkiyyətinə keçə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin