Ailələrinə yardım göstəriləcək - Prezidentdən tapşırıq
25 Dekabr 2024
12:48 - 24 Dekabr 2024
Amerika şirkətlərinin baş direktorları ölkənin yeni seçilmiş Prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ərəfəsində kütləvi şəkildə istefaya gedirlər.
Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Financial Times qəzeti yazır
Məlumata görə, artıq 327 baş direktor vəzifəsini tərk edib, bu göstərici isə yeni rekord sayılır. Bundan əvvəlki rekord 2019-cu ildə, 312 baş direktor vəzifədən istefa verdiyini elan edəndə qeydə alınıb.
Şirkətlər yeni seçilmiş Prezidentin siyasəti ucbatından sənayenin üzləşə biləcəyi problemlərlə qarşılaşmaq istəmirlər.
Rəhbərlər arasında istefa dalğası bir sıra iri korporasiyalara təsir edib. Onların arasında təyyarə istehsalçısı Boeing, texnologiya nəhəngi Intel və geyim istehsalçısı Nike var.
Qərar Trampın dəfələrlə xarici mallara idxal rüsumlarının artırılmasına söz verməsi ilə əlaqədardır. Onlar hesab edirlər ki, bu, qlobal təchizat zəncirlərini pozmaq təhlükəsi yaradır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin