Ailələrinə yardım göstəriləcək - Prezidentdən tapşırıq
25 Dekabr 2024
10:04 - 24 Dekabr 2024
ABŞ Prezidenti Co Bayden ölkənin oktyabrın 1-də başlayan 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib.
Manset.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilir.
Bu vəsait ABŞ Müdafiə Nazirliyinə və hərbi tikinti proqramlarına, Enerji Departamentinin milli təhlükəsizlik proqramlarına və kəşfiyyat proqramlarına gedəcək. Nümayəndələr Palatası müvafiq layihəni dekabrın 11-də, Senat isə dekabrın 18-də təsdiqləyib.
Sənəddə həmçinin qeyd olunur ki, Pentaqona təbii yanacaqla əməliyyatlar aparan şəxslərlə, habelə Rusiya hökuməti və ya Rusiyanın enerji sektoru ilə müqavilələr bağlamaq qadağandır. “Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Rusiya-Amerika Müqaviləsinin (START) tələb etdiyi kimi” Rusiya Federasiyası ilə məlumat mübadiləsinə də qadağa qoyulub.
Qeyd olunur ki, Rusiya tərəfi Amerikaya “müqavilənin tələblərinə uyğun olaraq analoji məlumatları təqdim edərsə və ya Rusiya Federasiyasının təqdim etdiyi məlumat ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına cavab verərsə, Vaşinqton Moskva ilə məlumat mübadiləsi apara bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin