Bakıda rəis hamamda yıxılıb öldü

17:30 - 23 Dekabr 2024

Bakıda rəis hamamda yıxılıb öldü

Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib.

Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonu Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum olub.

Bildirilir ki, “JEK” rəhbəri infarktdan həyatını itirib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

24 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin