Ayxan Hacızadədən ABŞ səfirliyinə cavab - FOTO
23 Dekabr 2024
13:10 - 23 Dekabr 2024
Sosial şəbəkələrdə uşaq bağçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.
Manset.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.
Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.
Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin