Bu həftə ardıcıl 7 gün iş olacaq
23 Dekabr 2024
23:09 - 22 Dekabr 2024
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Misirin xarici işlər və mühacirət naziri Bədr Abdel Ati Suriyadakı vəziyyəti müzakirə edib və ölkənin suverenliyinə güclü dəstək ifadə ediblər.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda deyilir.
Söhbət zamanı Suriyada cərəyan edən hadisələrə xüsusi diqqət yetirilməklə, aktual Yaxın Şərq problemlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər BMT Baş katibinin və onun Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenin və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində təsbit edilən bu ölkədə sabitliyin və vətəndaş sülhünün bərqərar olunmasına dəstək üçün beynəlxalq səylərin birləşdirilməsində fəal rolunun lehinə danışıblar.
Suriya Ərəb Respublikasının suverenliyinin, müstəqilliyinin, birliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasına güclü dəstək ifadə olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin