Pezeşkian İran pulunun adını dəyişdirir

21:33 - 21 Dekabr 2024

Pezeşkian İran pulunun adını dəyişdirir

İranda rəsmi valyutanın adının dəyişdirilməsi planlaşdırılır.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian sözügedən dəyişikliyi ehtiva edən maliyyə islahatı haqqında qanun layihəsini ölkə parlamentinə təqdim edib.

Layihəyə əsasən, “İran rialı “İran tümən” adlandırılacaq və əskinaslardan dörd sıfır silinəcək.

Bildirilib ki, Nazirlər Kabineti tərəfindən təklif edilmiş və 2019-cu ildə təsdiqlənmiş sənəd təcili qaydada parlamentə təqdim edilib.

İslahat xroniki inflyasiya, valyutanın alıcılıq qabiliyyətinin azalması, həmçinin gündəlik əməliyyatların həcminin artması və xarici valyutalara nisbətdə milli valyutanın imicinin pisləşməsi ilə bağlı problemlərin həllinə yönəlib.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin