"Bank kart kodlarını naməlum şəxslərə verməyin" - DİN-dən çağırış
21 Dekabr 2024
10:43 - 21 Dekabr 2024
Azərbaycanda hibrid avtomobillərə tələbat kəskin artıb.
Manset.az Xezerxeber.az-a istinadən bildirir ki, gündəlik istifadədə olan bu avtomobillərin əsas dəyişən ehtiyat hissələrindən biri də batareyalarıdır.
Mütəxəsislər deyirlər ki, bu avtomobillərin batareyaları sıradan çıxdıqda onu hara gəldi atmaq olmaz. Bu, ekologiyaya ciddi şəkildə ziyan vurur.
Elektrikli avtomobil batareyalarının utilizasiyası həm ekoloji cəhətdən vacibdir, həm də qiymətli materialların təkrar istifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda təkrar emaldan sonra batareyalardan elektrik enerjisinin əldə edilməsi də mümkündür.
Elektromobil ustası İlqar İskəndərov deyir ki, inkişaf etmiş bir çox ölkələrdə belə batareyalar, xüsusi toplama mərkəzlərinə və ya təkrar emal stansiyalarına göndərilir. Təkrar emal prosesindən keçirilmiş materiallar təmizlənir və yenidən istifadə üçün uyğun hala gətirilir. Bu maddələr yeni batareyaların istehsalında və ya digər sənaye sahələrində istifadə oluna bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, elektromobillərin batareyalarının utilizasiyası ilə bağlı işçi qrupu yaradılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin