Bu cərimənin məbləği 50 manatdan 300 manata qaldırıldı - XƏBƏRDARLIQ
21 Dekabr 2024
01:30 - 21 Dekabr 2024
Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxs idarə etdiyi avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürüb.
Manset.az AZƏRTAC-a istinadla xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində həmin şəxs saxlanılıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Lakin avtomobilin izdiham arasında bir neçə nəfəri vurduğu bildirilir. Digər insanlar təşviş içərisində qaçaraq xilas olmağa çalışıblar. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Əyalət polisi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin