Bu cərimənin məbləği 50 manatdan 300 manata qaldırıldı - XƏBƏRDARLIQ
21 Dekabr 2024
14:33 - 20 Dekabr 2024
Bakıda evdən çürümüş meyit tapılıb.
Manset.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektindəki mənzillərdən birində qeydə alınıb.
71 yaşlı Təranə Qəmbər qızı Hüseynovanın meyiti yaşadığı evdən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmasa da, çürümə əlamətləri olub.
Məlumata görə, qadının ölümündən bir neçə gün heç kəsin xəbəri olmayıb. Yalnız qonşular evdən qoxu gəldiyini hiss etdikdən sonra onun öldüyü məlum olub.
Mərhumun hansı səbəbdən ölməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin