2025 - ci ildə Ukrayna Avropa İttifaqına daxil ola bilər

09:48 - 20 Dekabr 2024

2025 - ci ildə Ukrayna Avropa İttifaqına daxil ola bilər

Ukraynanın Avropa İttifaqına daxil olması haqqında danışıqlar 2025-ci ilin əvvəlində başlaya bilər.


Manset.az rus mətbuatına istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen mətbuat konfransı zamanı bildirib.

“Biz gələn ilin əvvəlində danışıqların ilk klasterini açmalıyıq” - Avropa Komissiyasının rəhbəri bildirib.

Ursula fon der Lyayen əlavə edib ki, Ukraynanın Aİ-yə daxil olması üçün lazım olan tələbləri yerinə yetirməsi yönündə Kiyevin “yaxşı işi” bu yöndə ilk addım olmalıdır.

Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Brüsseldə Avropa Komissiyasının rəhbəri ilə “Ukraynanın Aİ-yə qoşulması”nı müzakirə etdiyi bildirilib. Bundan əlavə, tərəflər dondurulmuş Rusiya aktivlərinin Kiyevin ehtiyacları üçün istifadəsi haqqında “ayrıca danışıblar”.

Əlavə olaraq Avropa Şurasının yeni rəhbəri Antonio Kosta bildirib ki, Zelenski Avropa İttifaqının dəstəyinə arxalana bilər.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin