Suraxanıda ağır qəza - Ata və qızı yaralandı

01:30 - 19 Dekabr 2024

Suraxanıda ağır qəza - Ata və qızı yaralandı

Bakının Suraxanı rayonunda 35 yaşlı kişi və övladı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıblar.

 

Manset.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əhmədov Davud Əhməd oğlu və yeniyetmə qızı 2011-ci il təvəllüdlü Ə.Z. ağır xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki yaralıya kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

19 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin