Əli Həsənovun oğlu həbs edilə bilər -  SƏBƏB

20:10 - 26 İyun 2021

Əli Həsənovun oğlu həbs edilə bilər -  SƏBƏB

Prezident Adminstariyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri, Prezidentin keçmiş köməkçisi Əli Həsənov tutduğu vəzifələrdən kənalaşdırılandan sonra "qara zolağa” düşüb.

Manset.az xəbər verir ki, Əli Həsənov  29 noyabr 2019-cu il tarixdə hakimiyyətin başlatdığı kadr və struktur dəyişiklikləri çərçivəsində görəvlərini itirib. Bundan sonra o, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifəsində çalışıb. Lakin 19 noyabr 2020-ci il tarixdə onun bu vəzifədən də çıxarıldığı barədə məlumat yayılıb.

Əli Həsənov işdən çıxarılanan sonra ictimai tənqidə məruz qalıb. Tənqidlər əsasən onun media sahəsində atdığı mürtəce addımlarla bağlı olub. 

Yayılan məlumatlarda Əli Həsənovun nəzarətində olan biznes strukturlarının onun əlindən alındığı deyilir. Hətta "Kaspi” qəzetinin artıq ona aid olmadığı barədə məlumatlar var.

Bəzi şirkətlər isə hələ onun nəzarətindədir. Bildirilir ki,  həmin şirkətlərin borcu olduğu üçün hələ Əli Həsənovdan alınmayıb. Borcların bağlanması isə keçmiş şöbə müdirinin üzərindədir.  

"Kaspi Global” MMC-nin məhkəməyə verilməsi iddiaların əsassız olmadığını göstərir. Bu şirkəti "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verib. Məhkəmə çəkişməsinin səbəbi  müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatəndadır.

"Kaspi Qlobal” MMC 27 iyul 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Həsənli Şamxal Əli oğludur. Şamxal Həsənli Əli Həsənovun oğludur.

Bildirilir ki, "Kaspi Global” MMC-nin "Azərkosmos” ASC-yə külli miqdarda borcu var. Bu məsələ həllini tapdıqdan sonra "Kaspi Global” MMC də Əli Həsənovun nəzarətindən çıxacaq. //Hit.az.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin