"Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır" - İlham Əliyev
18 Dekabr 2024
10:37 - 18 Dekabr 2024
Beynəlxalq Futbol Federasiyası (FİFA) ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.
FİFA-nın məlumatına görə, ən yaxşı oyunçu İspaniyanın “Real Madrid” klubunun braziliyalı hücumçusu Vinisius Junior seçilib. 2024-cü ildə 24 yaşlı futbolçu klubla birlikdə İspaniya çempionu, Çempionlar Liqasının qalibi, İspaniya Superkubokunun və UEFA Super Kubokunun qalibi olub.
Çərşənbə axşamı Qətərin paytaxtı Dohada FİFA-nın ən yaxşı futbol mükafatlarının təqdimetmə mərasimi keçirilib. Seçim 21 avqust 2023 - 10 avqust 2024 il tarixləri arasında oyunçuların çıxışlarına əsaslanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin