Ödənişli yoldan istifadə edən sürücülərin NƏZƏRİNƏ - VİDEO
18 Dekabr 2024
17:55 - 17 Dekabr 2024
Bir müddət əvvəl Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində obyekt işlədən Vətən müharibəsi qazisi Sərxan Bünyadovun problemi həllini tapıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qazi özü məlumat verib.
S.Bünyadovun sözlərinə görə, yaxın günlərdə yeni obyekti işə başlayacaq: “Mənə tikinti şirkəti tərəfindən Yeni Günəşli qəsəbəsində həmin yerə yaxın ərazidə yeni obyekt yeri təklif olunub. Razılaşmışam, yaxın günlərdə həmin əraziyə qaraj qoyulacaq. Həmçinin tikinti şirkəti tərəfindən obyekt avadanlıqlarla da təmin olunacaq”.
Xatırladaq ki, peşəsi elektrik olan S.Bünyadova müharibədən qayıdandan sonra Suraxanı RİH tərəfindən qaraj tikmək üçün yer verilmişdi və o həmin ərazidə tikintiyə lisenziya alaraq kiçik obyekt inşa etmişdi. Lakin ötən həftə yaxınlıqda çoxmərtəbəli bina inşa edən “Məkan” MTK qaziyə məxsus obyekti onunla razılaşmadan sökmüşdü.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin