Suriyada Müdafiə Nazirliyi yenidən təşkil edilir

17:49 - 17 Dekabr 2024

Suriyada Müdafiə Nazirliyi yenidən təşkil edilir

Suriyanın yeni hakimiyyəti müxalifət döyüşçüləri və köhnə ordunun fərari zabitlərini daxil etməklə müdafiə nazirliyini yenidən təşkil etməyi planlaşdırır.


Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin keçid hökumətinin Başçısı Məhəmməd əl-Bəşir “Əl-Cəzirə” telekanalına danışıb.

“Müdafiə Nazirliyi devrilmiş rejim dövründəki inqilabçılar və fərarilik edən zabitlər daxil olmaqla yenidən təşkil ediləcək və strukturlaşdırılacaq”, - o qeyd edib.

"Müdafiə Nazirliyi əməkdaşlarının əksəriyyəti ya qaçaraq silahlarını atıblar, ya da evlərinə qayıdıblar. Söhbət qanlı cinayətlərdə iştirak edənlərdən gedir", - əl-Bəşir əlavə edib. Onun sözlərinə görə, hazırda Suriyanın şimal-qərbində fəaliyyət göstərən qurtuluş hökuməti adlanan qurumda təhlükəsizliyi Daxili İşlər Nazirliyinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən təmin edir.

Keçmiş hökumətin təhlükəsizlik qüvvələrinin əməkdaşlarının taleyi ilə bağlı, o, Suriyanın yeni hakimiyyət orqanlarının onların statusunun tənzimlənməsi və silahların təhvil verilməsi üçün mərkəzlər açmasına aydınlıq gətirib. “Biz qanlı cinayətlərdə iştirak etməyən və silahlarını təhvil verənlərin təhlükəsizdə qalacağını bildiririk”, - əl-Bəşir əlavə edib.


Xəbər xətti

18 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin