Müddət 1 ilə endirilir? - Səfərbərlik Xidmətindən RƏSMİ CAVAB

10:44 - 17 Dekabr 2024

Müddət 1 ilə endirilir? - Səfərbərlik Xidmətindən RƏSMİ CAVAB

"Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə cəlb olunacaqlar"

 

Manset.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, hələlik qanuna heç bir dəyişiklik edilməyib.

Qeyd edək ki, çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi təklif olunur.


Xəbər xətti

18 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin