Ödənişli yoldan istifadə edən sürücülərin NƏZƏRİNƏ - VİDEO
18 Dekabr 2024
09:42 - 17 Dekabr 2024
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp bildirib ki, o, Fələstinin HƏMAS radikal hərəkatından andiçmə mərasimindən əvvəl girovları azad etməyi tələb edib və əks halda ciddi tədbirlərlə hədələyib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Mən xəbərdarlıq etdim ki, girovlar yanvarın 20-nə qədər azad edilməsə, onlar üçün yaxşı gün olmayacaq", - Tramp noyabr seçkilərində qalib gəldikdən sonra bazar ertəsi Florida ştatındakı Mar-a-Laqodakı malikanəsində keçirdiyi ilk mətbuat konfransında bildirib.
Seçilmiş Amerika lideri bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə “çox yaxşı” telefon danışığı apardığını da bildirib.
Amerika qoşunlarını Suriyadan çıxarmaq niyyətində olub-olmaması ilə bağlı suala Tramp belə cavab verib:
“Mən əsgərlərimizin öldürülməsini istəmirəm, amma indi tərəflərdən biri məhv edildiyi üçün bunun baş verəcəyini düşünmürəm”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin