Ceyhun Bayramov kiprli həmkarı ilə görüşdü

22:04 - 4 Dekabr 2024

Ceyhun Bayramov kiprli həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında görüş olub.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdəki rəsmi hesabında məlumat yayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə keçirilib.

Tərəflər bir-birinin mövqelərini daha yaxşı başa düşmək üçün dialoqun davam etdirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər.


Xəbər xətti

5 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin